logo
Haqqımızda

Niyə Monokuryer.az

Monokuryer.az 2024-ci ildən kiçik və orta həcmli bağlamaların Bakının istənilən nöqtəsinə sürətli və təhlükəsiz şəkildə çatdırılmasını həyata keçirən kuryer şirkətidir. Məqsədimiz şəhərdaxili hər bir bağlamanın qısa müddət ərzində və problemsiz ünvana çatdırılmasını təmin etməkdir. Müştəri məmnuniyyəti öncəliyimizdir. Monokuryer.az sürətli çatdırılma və güvənli daşınmada ölkənin 1 nömrəli kuryer şirkəti olmağı hədəfləyir. MonoKuryer.az fiziki və hüquqi şəxslərə onlayn kuryer sifarişi və çatdırılma xidməti təklif edir. 5 kq-a qədər bağlamaların daşınması ən sərfəli qiymətlərlə həyata keçirilir. Korporativ müştərilər üçün zərf, açıqca və məktubların, eləcə də fiziki şəxslər üçün gül buketlərinin, kiçik sürprizlərin, hədiyyələrin, zinət əşyalarının ünvana çatdırılması, o cümlədən mağazalardan onlayn kuryer sifarişi MonoKuryer.az vasitəsilə ən qısa zamanda reallaşır.

MonoKuryer.az hər zaman sizinlə.!

Peşəkar Heyət

Bizim komandamız təcrübəli və etibarlı kuryerlərdən ibarətdir. Hər bir kuryerimiz müştəri məmnuniyyətini ön planda tutaraq, işini diqqətlə və peşəkarlıqla yerinə yetirir. Hər zaman etibarlı və sürətli xidmət təqdim edərək, sizə problem yaşatmadan sifarişlərinizi vaxtında çatdırırıq. Peşəkarlığımız və diqqətimizlə sizə mükəmməl xidmət təqdim etmək bizim prioritetimizdir.

Qiymətlərin Şəffaflığı

Bizimlə sifariş verərkən, qiymətlərin şəffaflığından əmin ola bilərsiniz. Qiymətlərimiz əvvəldən məlumdur və heç bir gizli ödəniş yoxdur. Saytımızda təqdim olunan qiymət siyahısı ilə rahatlıqla xidmətlərimizi qiymətləndirə bilərsiniz. Müştəri məmnuniyyətini təmin etmək məqsədilə hər bir detalı açıq və aydın şəkildə təqdim edirik.

Müxtəlif Məhsul Növləri

Biz geniş məhsul çeşidi ilə sizə xidmət edirik. İstər xüsusi günlər üçün hədiyyələr, istərsə də sadə zərflər, biz hər növ məhsulu təhlükəsiz və sürətli şəkildə çatdırırıq. Müxtəlif məhsul növləri ilə müştəri ehtiyaclarınıza uyğun geniş seçim imkanı təqdim edirik. Sizin rahatlığınız üçün müxtəlif məhsul kateqoriyaları ilə xidmətinizdəyik.